Hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.
Hərrac açıq auksion formasında elektron keçirilir.
Hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılar satışa çıxarılan əmlakla tanış ola bilərlər. Bunu üçün şəxsi kabinet vasitəsilə müraciət və ya operatorla əlaqə saxlaya bilərsiniz.
Qalib olacağınız təqdirdə təqdim edilən hesaba 7 təqvim günü müddətində əmlakın satış qiymətini ödəyərək Portala əlavə etməlisiniz.
Hərracın predmeti olan əmlak mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak olduqda onun əldə edilməsi üçün xüsusi icazəni və xüsusi icazə verən dövlət orqanı barədə məlumatı şəxsi kabinetiniz vasitəsilə təqdim etməlisiniz.
Ödənişlərin müddəti və köçürüləcək hesablar barədə məlumatla tanış olmaq üçün “İştirakçı Qaydalarına“ keçid edin.
Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər.
İştirak haqqı, beh və əmlakın satış qiyməti birdəfəlik ödənilməlidir.
Beh məbləği bank qarantiyası formasında təqdim edilə bilər.
Hərracın addımı satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmamalıdır.
Hərrac 7 təqvim günü davam edir. İştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır.
Həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır. Bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir.
Əmlakın yerləşdiyi şəhər və ya rayon:
Beyləqan
Hüquq müəyyən edici sənəd:
Çıxarış
Vəziyyəti:
Təmirli
Ticarətçi rəylərini araşdırın və öz rəyinizi paylaşın
Hələ heç kim təklif verməyib. İlk təklifçi olun ...
Hesabınıza Daxil Olun!
We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. daha çox öyrənQəbul et